Pentaqon Ukrayna hərbçilərinə "Petriot"dan istifadə üçün təlim keçəcək

11-01-2023, 08:26           
Pentaqon Ukrayna hərbçilərinə "Petriot"dan istifadə üçün təlim keçəcək
Pentaqon Ukrayna hərbçilərinə "Petriot"dan zenit-raket komplekslərindən istifadə üçün təlim keçəcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu gələn həftədən ABŞ-ın Oklahoma ştatının Fort Sill şəhərində "Petriot"dan istifadə üsullarını öyrənməyə başlayacaq.

"Ukraynanın 100-ə qədər əsgərinin təlim prosesində iştirakı gözlənilir və təlim kursu bir neçə ay davam edəcək", - Pentaqon rəsmisi əlavə edib.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 1 milyard dollarlıq yardım elan edib. Bu paket çərçivəsində ABŞ Kiyevə “Petriot” hava hücumundan müdafiə sistemlərinin akkumulyatorunu göndərmək, həmçinin bu hava hücumundan müdafiə sistemini idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçmək qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru