İran müdafiə nazirinin sabiq müavini edama məhkum edilib

12-01-2023, 00:03           
İran müdafiə nazirinin sabiq müavini edama məhkum edilib
İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri edama məhkum olunub.

APA-nın Terhan bürosunun məlumatına görə, Ə.Əkbərinin Britaniya kəşfiyyatına casusluqda ittiham olunduğu bildirilir.

İranın Kəşfiyyat Nazirliyinin yayımladığı məlumata görə, Ə.Əkbəri ölkənin həssas qurumlarında müxtəlif məlumatları əldə edərək bilərəkdən Britaniya kəşfiyyatına ötürüb. Ə.Əkbərinin nə zaman edam olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Ə.Əkbəri 2019-cu ildən həbsdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru