Məşhur mağazalar şəbəkəsi “Paşa Bank”ı məhkəməyə verdi

12-01-2023, 00:14           
Məşhur mağazalar şəbəkəsi “Paşa Bank”ı məhkəməyə verdi
Azərbaycanda məişət texnikası və elektronika məhsullarının satışını həyata keçirən aparıcı mağazalar şəbəkəsindən birinin sahibi olan “Ventto Telekom” MMC (VÖEN – 1402520541) “Paşa Bank” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Bildirilir ki, iddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırılıb.

Məlumat üçün bildirək ki, “Ventto Telekom” MMC 13.05.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, 20 Yanvar., ev 21B, m. 93-də yerləşir. Şirkətin qanuni təmsilçisi İmanov Elməddin Səxavət oğludur.
Barəsində iddia qaldırılan “Paşa Bank” ASC isə Azərbaycanda kredit portfeli 1 milyard manatdan çox olan 4 bankdan biridir. Hazırda “Paşa Bank” ASC-nin səhimlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə məxsusdur. Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru