Şahzadənin kitabı ona milyonlar qazandırdı

13-01-2023, 00:17           
Şahzadənin kitabı ona milyonlar qazandırdı
Böyük Britaniya şahzadəsi Harrinin “Spare” adlı avtobioqrafik kitabının satışa çıxdığı ilk gün ərzində 1,4 milyon nüsxə satılıb.

Bu barədə məlumatı “Mirror” qəzeti yayıb.

Kitab yanvarın 10-u satışa çıxarılıb. Həmin gün Böyük Britaniyada kitabın rekord sayda 400 min nüsxəsi satılıb. Buraya kitabın həm elektron, həm də audio versiyası aiddir.

Ümumilikdə isə ABŞ, Kanada və Britaniyada satışın ilk günü 1,4 milyondan çox nüsxə satılıb. ABŞ-də sözügedən kitaba böyük tələbat yarandığından əlavə partiya çapa göndərilib.

Xatırladaq ki, şahzadə Harri öz avtobioqrafik kitabında qardaşı şahzadə Uilyam ilə mübahisəsi, gənc olarkən narkotikdən istifadə etməsi və Əfqanıstanda xidmətdə olarkən “Taliban” qruplaşmasının 25 üzvünü zərərsizləşdirilməsi kimi hadisələrdən bəhs edib. Mediada yer alan məlumata görə, Harrinin kitabdan əldə etdiyi qonorar 20 milyon dollar təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.