Yevlaxda həkimi öldürənlər kameraya belə düşdü — VİDEO

13-01-2023, 10:22           
Yevlaxda həkimi öldürənlər kameraya belə düşdü — VİDEO
Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı tutulanlar var.

Demokrat.az-ın məlumatına görə, hazırda şübhəli şəxs qismində iki nəfər - 30 yaşlı D.Xəlilov və 17 yaşlı R.M. saxlanılıb. 18 yaşlı F.Allahverdiyevin axtarışları isə davam etdirilir.

Bu məqamda məlum olub ki, həkimi öldürən şəxslər qonşulardan birinin evinin təhlükəsizlik kamerasına düşüblər. İctimai TV-nin təqdim etdiyi görüntülərdə üç nəfər qeydə alınıb.

Həmin şəxslərin üzündə maska, birinin isə əlində bıçaq olub.

Sözügedən görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru