İrəvanda İrandan göndərilən narkotikləri satan cinayətkar qruplaşma müəyyən edilib

15-01-2023, 00:01           
İrəvanda İrandan göndərilən narkotikləri satan cinayətkar qruplaşma müəyyən edilib
İrəvanda İrandan göndərilən narkotik vasitələrin satışı ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşma müəyyən olunub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Baş Prokurorluğa 2020-ci ilin əvvəlində İrəvan sakininin daha iki şəxslə birlikdə narkotik vasitələrin satışı məqsədilə cinayət qrup yaratması, onların əsasən İran İslam Respublikasından göndərilən müxtəlif növ narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmələri barədə məlumat daxil olub. Ermənistan Respublikası ərazisində satış üçün nəzərdə tutulmuş narkotik vasitələrin bir hissəsi cinayətkarlar tərəfindən ölkə ərazisindən tranzitlə xaricə çıxarılıb, həmçinin respublikada satışı üçün nəzərdə tutulmuş külli miqdarda narkotik vasitələrin satışı həyata keçirilib.

Narkotik vasitələrin satışından əldə edilən vəsaitlərin cinayət mənşəli olduğunu gizlətmək üçün bu məbləğlər müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş elektron pul kisələrinə və kriptovalyuta hesablarına köçürülüb. Sonra onlar qruplaşmanı yaradan və ona rəhbərlik edən şəxslərə ötürülüb, həmçinin cinayətkarlar tərəfindən nağdlaşdırılıb və ya başqa yolla satılıb.

Faktla bağlı cinayət işi başlanıb. Cinayətkarlardan biri həbs olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.