Tel-Əvivdə hökumətə qarşı mitinqdə 80 min nəfər iştirak edib

15-01-2023, 00:54           
Tel-Əvivdə hökumətə qarşı mitinqdə 80 min nəfər iştirak edib
İsrail müxalifəti Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkənin yeni hökumətinin siyasətinə qarşı kütləvi etiraz aksiyaları təşkil edib.

“Jerusalem Post” qəzetinin məlumatına görə, ən böyük mitinq Tel-Əvivdə keçirilib.

Nümayiş şəhərin mərkəzindəki Həbimə meydanında keçirilib. Nəşrin məlumatına görə, polis iştirakçıların sayının 80 min nəfər olduğunu deyib.

Kiçik miqyaslı aksiyalar ölkənin digər böyük şəhərlərində də keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.