X-22 raketlərini vurmağa silahımız yoxdur - Ukrayna HHQ komandanı

15-01-2023, 14:01           
X-22 raketlərini vurmağa silahımız yoxdur -
Hərbi Hava Qüvvələri Dneprdə yaşayın binasına düşən raketin Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması ilə bağlı şayiələrə cavab verib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib ki, Rusiyanın çoxmərtəbəli yaşayış binasını X-22 raketi ilə vurması şübhə doğurmur.

General qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bu cür raketləri vurmağa qadir texnikası yoxdur.

“2023-cü il yanvarın 14-də Rusiya Aerokosmik Qüvvələrinin beş Tu-22 uzaqmənzilli bombardmançı təyyarəsindən Ukrayna ərazisinə beş X-22 qanadlı raket atılıb. Atışlar Kursk vilayətindən və Azov dənizindən həyata keçirilib. Kursk vilayətindən atılan X-22 raketlərindən biri Dnepr şəhərində hündürmərtəbəli binaya düşüb. Radar qurğuları raketin təxmini buraxılış yeri, hündürlük və uçuş sürətini aşkar edib. Şübhə yoxdur ki, bu, X-22 raketi idi” – general deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru