Serbiya MN ölkə vətəndaşlarına Ukraynada döyüşlərdə iştirakı qadağan edib

16-01-2023, 20:59           
Serbiya MN ölkə vətəndaşlarına Ukraynada döyüşlərdə iştirakı qadağan edib
Serbiya Müdafiə Nazirliyi ölkə vətəndaşlarına Ukraynadakı döyüşlərdə iştirakı qadağan edib.

APA xəbər verir ki, bu barədə Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib.

Nazir qeyd edib ki, Serbiya vətəndaşlarına Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmək qadağan edilib və bu tələbi pozanlar qanun qarşısında cavab verəcəklər.

O həmçinin qeyd edib ki, Serbiya xüsusi xidmət orqanları ölkə vətəndaşlarının Ukrayna münaqişəsində iştirakı ilə bağlı məlumatları izləyir.

“Serbiya qanunvericiliyinə əsasən ölkə vətəndaşlarının başqa dövlətlərin ərazisində hərbi münaqişələrdə iştirakı qadağandır”, - Vuçeviç xatırladıb.

Nazir Ukraynadakı münaqişənin həll olunacağına da ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru