İlon Mask “Instagram”ın əsas çatışmazlığını açıqladı - FOTO

17-01-2023, 09:08           
İlon Mask “Instagram”ın əsas çatışmazlığını açıqladı - FOTO
“Twitter”in rəhbəri İlon Mask bildirib ki, “Instagram” sosial şəbəkəsində fotolara baxmaq insanları depressiyaya salır.

“Instagram” insanları depressiyaya salır, “Twitter” isə onları əsəbiləşdirir. Hansı daha yaxşıdır?” - milyarder öz paylaşımında yazıb.

Biznesmen həmçinin vurğulayıb ki, şəxsən onun üçün “Twitter”də yazılara baxmaq gülüş doğurur.

Mask bildirib ki, “Instagram”ın əsas çatışmazlığı “insanların həyatlarının əslində olduğundan daha yaxşı görünməsi”dir. Onun fikrincə, “Instagram” insanları olduğundan daha yaxşı və xoşbəxt göstərə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru