Lotereyada milyonlar qazanan şəxs müflis oldu

17-01-2023, 11:08           
Lotereyada milyonlar qazanan şəxs müflis oldu
Britaniya sakini Con Makqinnes lotereyada sərvət qazanaraq 26 ildən sonra kasıb olub.

O, 1997-ci ildə 10 milyon funt-sterlinq mükafat udub. Həmin vaxt o, valideynləri ilə yaşayır və xəstəxanada işləyərək həftədə 150 ​​funt-sterlinq alırdı.

Pul mükafatı udan kişi uduşunun üçdə birindən çoxunu qohumlarına verib.

Mayorka adasında ev, həmçinin “Bentley”, “Mercedes”, “Jaguar” və “BMW” də daxil olmaqla altı avtomobil alıb.

Bir müddət sonra Makqinnes Şotlandiyanın Bosvell şəhərində 1,3 milyon funt sterlinq dəyərində malikanə alıb.

Həmçinin, britaniyalı Şotlandiyanın “Livingston” futbol klubuna dörd milyon funt-sterlinq sərmayə qoyub. O, klubun uğuruna inansa da, sonda bütün pulunu itirib.

İndi Con gündəlik ərzaq pulunu necə ödəyəcəyindən narahatdır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru