Ermənistanda qalmış 26 erməninin Qarabağa qayıtmasına şərait yaradılıb

18-01-2023, 10:03           
Ermənistanda qalmış 26 erməninin Qarabağa qayıtmasına şərait yaradılıb
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə 26 erməni əsilli insan olub ki, onlardan da 20-si uşaqdır. Həmin şəxslər Laçın-Xankəndi yolunda təşkil olunan aksiyadan əvvəl Ermənistana gedibmişlər.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.