Fevralın 24-dən Ukraynadan Avropaya 7,97 milyondan çox qaçqın gedib

19-01-2023, 09:08           
Fevralın 24-dən Ukraynadan Avropaya 7,97 milyondan çox qaçqın gedib
Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan Avropaya ümumilikdə 7 milyon 977 min 980 qaçqın gedib.

“Report” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) açıqlayıb.

BMT QAK-da mövcud olan məlumata görə, son bir həftə ərzində onların sayı 10 571 nəfər artıb.

İdarə bildirib ki, ən çox qaçqın 2022-ci il fevralın 24-dən 2023-cü il yanvarın 17-dək Rusiya qəbul edib - 2 852 395. Ondan sonra Polşa (1 563 386), Almaniya (1 021 667), Çexiya (482 049), İtaliya (167), İspaniya (161 012), Böyük Britaniya (155 500), Bolqarıstan (150 404), Fransa (118 994), Slovakiya (107 476), Rumıniya (107 229) və Moldova (102 283) gəlir. Digər dövlətlərdə isə bu rəqəm 100 000-i keçmir. 4 940 057 qaçqın milli müvəqqəti müdafiə və dəstək proqramlarına daxildir.

BMT QAK qeyd edib ki, fevralın 24-dən sonra Ukraynadan qonşu ölkələrə ümumilikdə 17 688 845 nəfər gedib. Eyni zamanda, 9 milyon 585 min 700 nəfər












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.