İranın keçmiş prezidentinin qızı: “Atama qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar almışam” - FOTO

19-01-2023, 11:34           
İranın keçmiş prezidentinin qızı:
“Haşimi Rəfsəncani bu gün olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə söyləyərdi”.

“Azad İran” “Telegram” kanalında verilən məlumata görə, bu sözləri İranın keçmiş prezidentinin qızı Fatimə Haşimi deyib.

O, atasının ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar aldığını bildirib:

“Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. Xalqa məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ keçirdiyi hökumət belə ölkənin problemlərini həll etməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru