Bayramlarla əlaqədar mart ayında 10 gün iş olmayacaq

28-02-2023, 17:52           
Bayramlarla əlaqədar mart ayında 10 gün iş olmayacaq
Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.

DİA.AZ verir ki, martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən isə 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, gələn il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.

Başqa sözlə, mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru