Netanyahu əməliyyat olundu: Türkiyəyə səfərini təxirə saldı

23-07-2023, 19:58           
Netanyahu əməliyyat olundu:
İsrailin baş naziri Benyamin Netanyahuya ürək stimulyatorunun quraşdırılması əməliyyatı uğurla keçib.

Hökumət başçısının səhhəti müsbət qiymətləndirilir.

Məlumata görə, hələlik o, “Tel HaShomer” xəstəxanasının Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.

Bildirilir ki, baş nazirin həkimləri ürək döyüntüsünü izləyən cihazın ötən gecə aritmiya barədə xəbərdarlıq etməsindən sonra kardiostimulyatorun implantasiyasını tövsiyə ediblər.
Netanyahunun bazar günü evə buraxılacağı və ya əlavə müşahidə üçün xəstəxanada qalacağı ilə bağlı qərar hələ verilməyib.

Qeyd edək ki, səhhətilə bağlı olaraq İsrail hökumətinin başçısı Türkiyəyə iyulun 28-də baş tutmalı olan səfərini təxirə salıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru