DİM Naxçıvanda IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirib

23-07-2023, 19:08           
DİM Naxçıvanda IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirib
İyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu gün, həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər informatika fənni üzrə imtahan veriblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun “Report”a verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanıb.
Naxçıvan şəhərindəki 11 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 32 zalda keçirilib. İmtahanların keçirilməsinə 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub, 371 abituriyent iştirak edib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru