“SpaceX” pis hava şəraiti səbəbindən “Starlink”in buraxılışını təxirə salıb

24-07-2023, 00:04           
“SpaceX” pis hava şəraiti səbəbindən “Starlink”in buraxılışını təxirə salıb
Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 42 ədəd mini peykinin buraxılışı pis hava şəraiti səbəbindən təxirə salınıb.

“Report” “SpaceX” kompaniyasının saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 19:09-da (Bakı vaxtı ilə 03:09 bazar ertəsi) NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan buraxılacaq.

Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin mayından başlayaraq, orbitə artıq 96-ci buraxılışı olacaq. Hazırda “SpaceX”-in orbital qruplaşmasına daxil olan kosmik aparatların sayı 4,8 mindən çoxdur.

Daşıyıcı raketin ilk pilləsi ənənəvi olaraq Atlantik okeanında üzən platformaya enib. Daşıyıcı raketin pillələrinin yenidən istifadəsi sahibkar İlon Maskın kompaniyasına peyklərin orbitə göndərilməsi xərclərini azaltmağa imkan verir.

Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır. Kosmosa ilk mikropeyklər 2019-cu ilin mayında çıxarılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru