Rusiyanın ən böyük ruleti hazırlandı - FOTO

24-07-2023, 13:34           
Rusiyanın ən böyük ruleti hazırlandı - FOTO
Məşhur aşpaz və televiziya aparıcısı Konstantin İvlev Yekaterinburqda vetçina ruleti hazırlamaq üzrə Rusiya rekordu qırıb.

O, Ural paytaxtına geniş miqyaslı kulinariya festivalı keçirmək üçün gəlib.

Tədbir Yekaterinburqun 300 illiyinə həsr olunub.

Rulet Mayakovski parkındakı böyük səhnədə hazırlanıb. Aşpaza Yekaterinburq Kulinariya Kollecinin tələbələri kömək ediblər.
Ruletin çəkisi 41,5 kq təşkil edib. Uralların coşqun alqışları altında Rusiyanın Rekordlar Kitabının baş redaktoru aşpaz İvlevə müəyyən edilmiş rekordu təsdiq edən diplomu təqdim edib.




Mənbə: kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru