Xoy sakinlərindən qeyri-adi ETİRAZ: İcra hakimiyyətinin həyətində paltar yudular - VİDEO
25-07-2023, 11:38
Xoyun Vələdian kəndinin sakinləri su böhranını sübut etmək üçün icra hakimiyyətinin qarşısına toplaşıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, sakinlər kənddə su tapa bilmədiklərini praktiki olaraq sübut etmək məqsədilə şəhər icra hakimiyyətinin həyətində paltar yumağa başlayıblar.