"TikTok"da mətn göndərmək mümkün olacaq

25-07-2023, 15:34           
"TikTok"da mətn göndərmək mümkün olacaq
Video paylaşma tətbiqi olan "TikTok"da artıq yalnız mətndən ibarət postlar da paylaşmaq mümkün olacaq.

Trend xəbər verir ki, bu barədə tətbiqdə məlumat paylaşılıb.

Məlumata görə, tətbiqdə mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni xüsusiyyət əlavə olunub.

Artıq "TikTok" istifadəçiləri video və fotoşəkillərlə yanaşı yalnız mətnlərdən ibarət postlar da paylaşa biləcəklər.

Mətn postları Instagram hekayələrindəki paylaşımlara bənzər şəkildə olacaq: arxa fon rəngi, yazı üslubu, musiqi və etiketlər tənzimlənə biləcək. Postlar min işarə ilə məhdudlaşacaq.

Qeyd edək ki, "TikTok" Çinin "ByteDance Ltd." şirkəti tərəfindən hazırlanmış onlayn video paylaşma sosial şəbəkə xidmətidir.

2020-ci ildə TikTok dünyada ən çox yüklənilən tətbiq olub. 2021-ci ildə isə yüklənmə sayı 3 milyardı keçməklə dünyada "Meta"nın sahib olmadığı tətbiqlər arasında yüklənmə sayı 3 milyardı ötən ilk tətbiq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru