Norveçli deputat bahalı gün eynəyi qarşısında aciz duruma düşüb onu oğurladı - VİDEO

26-07-2023, 13:54           
Norveçli deputat bahalı gün eynəyi qarşısında aciz duruma düşüb onu oğurladı - VİDEO
Norveçli deputat Byornar Moksnes bahalı brend gün eynəyini oğurladığı barədə videodan sonra ifrat solçu “Rodt” (“Qırmızılar”) Partiyasının liderliyindən istefa verib.

Moksnes eynəyi Oslo hava limanının mağazasından oğurlayıb. Hadisə müşahidə kameralarına düşüb və oğurluq anının videosu sürətlə internetdə yayılıb.


Moksnes əvvəlcə xəstəlik məzuniyyətinə yollansa da, sonda istefa vermək məcburiyyətində qalıb.

“Bir çox insan məndən belə axmaq bir şeyi necə edə bildiyimi soruşdu. Son həftələrdə bunu özümdən dəfələrlə soruşdum. Mənim heç bir adekvat izahım yoxdur”, - deyə o, “Facebook” hesabında yazıb.

Moksnes əlavə edib ki, partiyadakı üzvlüyünü və deputat postunu saxlamaq niyyətindədir.
Qeyd edilir ki, Byornar Moksnes 11 il “Rodt”a rəhbərlik edib.

Mənbə: Meduza.io












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru