Obamanın ailəsi bu ölüm xəbəri ilə sarsıldı - FOTO26 İyul 2023 10:08

26-07-2023, 10:55           
Obamanın ailəsi bu ölüm xəbəri ilə sarsıldı - FOTO26 İyul 2023 10:08
Əvvəllər Ağ Evdə işləmiş və 2016-cı ildə Barak Obamanın səlahiyyət müddəti başa çatdıqdan sonra Obama ailəsinin şəxsi aşpazı kimi çalışmış Tafari Kempbell ailəsinin malikanəsinin yaxınlığında ölü tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Polis Massaçusetsdəki Obama malikanəsinin arxasındakı gölməçədə avar çəkərkən yoxa çıxan 45 yaşlı Tafari Kempbellin cansız cəsədinin tapıldığını açıqlayıb.

Məlumata görə, iyulun 23-də axşam saatlarında Edqartaun gölməçəsində batan Kempbell barəsində polisə məlumat verilib. Bildirişdən sonra bir çox qurumun dəstəyi ilə geniş axtarış-xilasetmə işlərinə başlanılıb. Səhər saat 10:00 radələrində aşpazın cəsədi sahildən təqribən 30 metr aralıda və 2,4 metr dərinlikdə tapılıb.

Barak və Mişel Obama Tafari haqqında "O ailəmizin sevimli üzvü idi. Yeməklərə gəldikdə, çox yaradıcı idi. Düşüncəli və mehriban bir insan idi. Ağ Evdən çıxanda ona bizimlə işləməyə davam etməsini söylədik. O da razılaşdı. O vaxtdan bəri ailəmizin önəmli bir üzvü idi. Baş verən hadisədən çox təəssüflənirik",- deyə bildiriblər.

Hadisə zamanı Obama ailəsinin Massaçusetsdə olmadığı qeyd edilib. Polis Tafari Kempbellin ölümü ilə bağlı istintaqın davam etdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.