İranda edam edilən etnik bəluca ailəsi ilə son görüşə icazə verilmədi - FOTO

28-07-2023, 08:39           
İranda edam edilən etnik bəluca ailəsi ilə son görüşə icazə verilmədi - FOTO
İranda edam edilən etnik bəluca ailəsi ilə son görüşə icazə verilməyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının məlumatına istinadən xəbər verib.

Bildirilir ki, Zahidan şəhər mərkəzi zindanında Məsud Şəh Bəxş adlı məhbus edam edilib. O, qəsdən adam öldürməkdə təqsirli bilinib.

Məlumata görə, ailəsi onun görüşünə gəldikdə həbsxana məmurları görüşə icazə verməyiblər və onlara bir aydan sonra ziyarət imkanları olacağını deyiblər. Bundan bir gün sonra isə məhbus edam edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru