Ukrayna Rostova ikinci zərbə endirdi: 16 yaralı - Video

29-07-2023, 00:22           
Ukrayna Rostova ikinci zərbə endirdi: 16 yaralı - Video
Rusiyanın Rostov vilayətində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Ukrayna Taqanroq şəhərinə S-200-ün zərbə variantından raket atıb. Raketi Rusiya HHM sistemləri havada məhv edib, onun qalıqları isə şəhərin mərkəzinə, incəsənət muzeyi ərazisinə düşüb.

Raket qalıqlarının düşdüyü yerdə bir metr dərinliyində çuxur yaranıb.

TASS-ın ən son məlumatına görə, hadisə nəticəsində 16 nəfər yaralanıb, onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.

Hücum nəticəsində bir neçə binaya, o cümlədən “Çexov bağı” kafesinə ziyan dəyib. Taqanroq İncəsənət Muzeyinin divar və damı dağılıb, qarajlar və yardımçı tikililərə də ziyan dəyib.

Yaxınlıqda yerləşən 3 mərtəbəli yaşayış binasında pəncərələrin və eyvanların çərçivələri qopub.

Hadisə yerinə 60 xilasedici, 17 texnika cəlb edilib.

Ukrayna SQ-nin S-200-ün zərbə variantından ikinci hücum həyata keçirdiyi, ancaq raketin Azov şəhəri yaxınlığında vurulduğu, qalıqların isə boş sahəyə düşdüyü bildirilir.

Çoxsaylı partlayışlarla bağlı xəbərlər də təkzib edilib. Bildirilib ki, partlayış iki dəfə olub - hər ikisi raketlərin vurulması zamanı baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.