Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya - FOTO

29-07-2023, 13:45           
Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya - FOTO
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Maskın keçmiş həyat yoldaşı Talula Rayli ailə qurur.

Axşam.az xəbər verir ki, 37 yaşlı aktrisa 33 yaşlı həmkarı Tomas Brodi-Sanqsterlə nikah masasına əyləşməyi planlaşdırır. Bu barədə Talula tvitter hesabında paylaşım edib. Mask da öz növbəsində onun paylaşımına rəy bildirərək aktrisanı təbrik edib.

Qeyd edək ki, Talula və Tomas 2021-ci ildə "Pistol" filminin çəkiliş meydançasında tanış olublar və ekran işində iki aşiqi canlandırıblar. Talula Maskla 2010-cu ildə ailə qurub, lakin iki il sonra boşanıblar. Sonradan yenidən bir araya gələn ikili 2013-cü ildə yenidən evləniblər. Bu dəfə onların evliliyi üç il davam edib və 2016-cı ildə yenidən boşanıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.