Qarabağ müharibəsini işıqlandırmış jurnalist Thomas Goltz vəfat edib

30-07-2023, 12:54           
Qarabağ müharibəsini işıqlandırmış jurnalist Thomas Goltz vəfat edib
Amerikalı yazıçı və jurnalist, 1990-cı illərdə Qarabağ münaqişəsini işıqlandırmış Thomas Goltz vəfat edib.

Prezident İlham Əliyev mərhumun ailəsinə başsağlığı verib.

"Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi", - president.az saytında yayılan məktubun mətnində deyilir.

"Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir."

1991-ci ildə Azərbaycana səfər edən Thomas Goltz Qarabağda müharibəni işıqlandırıb. O, öz xatirələrini 90-cı illərdə çap etdirdiyi “Azərbaycan Gündəliyi” kitabında yazıb.

Thomas Goltz həmçinin Londonda Qarabağ futbol klubuna həsr etdiyi sənədli filmini təqdim edib.

2016-ci ildə Tbilisidə səfərdə olan Thomas Goltz-la britaniyalı jurnalist Onnik James Krikorian görüşüb. Onun BBC News Azərbaycanca üçün hazırladığı müsahibəni YouTube kanalımızdan izləyin.

"Ümumi nəticə: Evsiz Çempionlar" Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma stadionlarından məhrum olmuş Ağdamın "Qarabağ" futbol klubu haqqında çəkilmiş filmdir.

Thomas Goltz-un bildirdiyinə görə, onun əvvəllər futbol haqqında heç bir təsəvvürü olmayıb. O, idmanın bu növü və "Qarabağ" futbol klubu ilə hollandiyalı araşdırmaçı, “Ofsayd: Mühacirətdə Futbol” kitabının müəllifi Arthur Huizinga vasitəsilə tanış olduğunu deyib.

2020-ci ildə Thomas Goltz ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.