Belarusa yerləşən vaqnerçilərin sayı açıqlandı

31-07-2023, 10:26           
Belarusa yerləşən vaqnerçilərin sayı açıqlandı
Belarus ərazisində 5 minə yaxın vaqnerçi var və onlar gəlməkdə davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.

O bildirib ki, sərhəddə vəziyyət Ukrayna ordusu və Sərhəd Xidmətinin tam nəzarəti altındadır:

“Muzdluların Ukrayna ilə sərhəddən xeyli aralıda olmasına baxmayaraq, Ukrayna kəşfiyyat xidmətləri, o cümlədən Dövlət Sərhəd Xidmətinin kəşfiyyatı vəziyyəti fəal şəkildə izləyir. Hazırda “Vaqner”in Belarus ərazisindəki üzvlərinin sayı dövlət üçün ciddi təhlükə törətmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.