Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir

24-08-2023, 10:44           
Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

“Report” xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub.

Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru