Putinin çıxışı üçün Polşa şəhərində QATARLAR DAYANDIRILDI

27-08-2023, 10:48           
Putinin çıxışı üçün Polşa şəhərində QATARLAR DAYANDIRILDI
Polşanın Şeçin şəhərində naməlum şəxslər qatarların hərəkətini dayandıraraq Rusiya prezidenti Vladimir Putinin çıxışını dinlədiblər.

Publika.az xəbər verir ki, bu barədə "Wyborcza" nəşri məlumat yayıb.

Hadisə avqustun 25-i baş verib.

"Dəmiryol tezliklərində kimsə qatarların təcili dayandırılması barədə siqnal verib və fasilə zamanı Rusiya himnini, Putinin çıxışından bir fraqmenti yayımlayıb", - məlumatda deyilir.

Bildirilir ki, hakerlər eyni anda iki şöbəni hərəkətsizləşdirərək təhlükəsizlik sisteminə müdaxilə ediblər.

Dəmiryolçular polisə müraciət etdikdən sonra işi bərpa edə biliblər.

Hazırda hadisəni törədənlər polis tərəfindən axtarılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru