Qarabağdakı sülhməramlılara yeni komandir gəldi - DOSYE

28-08-2023, 12:57           
Qarabağdakı sülhməramlılara yeni komandir gəldi - DOSYE
General-mayor Kirill Denisoviç Kulakov Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri təyin ediləcək.

Cebhe.info xəbər verir ki, bunu “Hraparak” qəzetinin “Telegram” kanalı yazır.

Nəşr bu barədə hansı “Telegram” kanallarının məlumat verdiyini açıqlamayıb. Qəzet eyni mənbələrə istinadən əlavə edib ki, Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsov Dağlıq Qarabağı tərk edib.

Kulakov 2014-2017-ci illərdə Orenburq kazak briqadasının (Çebarkul) Suvorov, Kutuzov və Aleksandr Nevskinin 7-ci Əlahiddə Qvardiya Tank Qırmızı Bayraq ordenlərinin komandiri olub.

2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri təyin edilib.

Lentsov aprelin 25-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsində general-mayor Andrey Volkovu əvəzləyib.

Volkov 2022-ci ilin yanvarında Dağlıq Qarabağdakı sülhməramlıların komandanı təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.