Bakı məktəblisi kondisioner hazırladı – VİDEO

29-08-2023, 08:14           
Bakı məktəblisi kondisioner hazırladı – VİDEO
Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, idarənin tabeliyindəki 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlilinin hazırladığı iki hissədən ibarət qurğu sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.

M.Vəlili hazırladığı qurğunu daha da təkmilləşdirməyi düşünür.

Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.

Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru