Rusiyada silahlı şəxslər neft yatağını ələ keçirdi!.. - XAOS BAŞLAYIR?..-FOTOLAR+VİDEO

18-09-2023, 12:34           
Rusiyada silahlı şəxslər neft yatağını ələ keçirdi!.. -
Rusiya Federasiyasının İrkutsk vilayətində kamuflyaj geyimli 20 nəfər silahlı şəxs "Dyusma" şirkətinin neftçilər şəhərciyinin ərazisinə helikopterlərdən eniş edib.

Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, müvafiq video teleqram-kanallarda yayımlanıb.

Yayımlanan kadrlardan da göründüyü kimi, mülki geyimli şəxslər kazarmadan çıxarılaraq, əlləri başlarının arxasına qaldırılaraq divara düzülüb, bəziləri isə üzüstə yerə uzanmağa məcbur edilib. “Basqın” zamanı yuxarıya doğru atəş açılıb və nalayiq sözlər eşidilib.

Hadisə Rusiyanın “Yuqra” bankının həbsdə olan keçmiş sahibi Aleksey Xotinə məxsus aktivə nəzarətin aktiv şəkildə dəyişməsi ilə izah edilir. O, vəsaitləri mənimsəməkdə ittiham olunur, çünki bank tərəfindən verilən bütün kreditlərin 98%-i (təxminən 240 milyard rubl) sahibinin daşınmaz əmlak və neft hasilatı biznesinin maliyyələşdirilməsinə sərf edilib. Xotin 2019-cu ilin aprelindən ev dustaqlığındadır.

Əllərində silah olan şəxsləri həm özəl mühafizə şirkətlərinin nümayəndələri, həm də Rusiya Qvardiyasının “SOBR”(çevik reaksiyalı xüsusi dəstə) bölməsinin döyüşçüləri kimi qələmə verirlər.

Bununla belə, Rusiya Daxili İşlər Nazirliyindən “Padyom” teleqram-kanalına verilən şərhdə neft qəsəbəsində baş verənlərdən xəbərdar olduqlarını, lakin onların əməkdaşlarının hadisələrdə iştirak etmədiyini bildirərək “Reyddə iştirak edən bizim şöbə deyildi” -söyləyiblər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.