HƏMAS İsraili hədələdi: Bu halda girovlar edam ediləcək!

10-10-2023, 00:13           
HƏMAS İsraili hədələdi:
HƏMAS İsrail ərazisində əməliyyat zamanı girov götürülən israilliləri edam etməklə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalının məlumatında bildirilib.

"İsrail qoşunlarının yaşayış binalarına və mülki obyektlərə hücumlarına cavab olaraq girovlar edam olunacaq”, - HƏMAS-ın bəyanatında deyilib.

Telekanal qeyd edib ki, fələstinli radikallar əsir götürülmüş israillilərin edamlarını lentə alaraq sosial şəbəkələrdə dərc etməklə hədələyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru