Hakerlər yenə hücuma keçib

11-10-2023, 08:44           
Hakerlər yenə hücuma keçib
Hakerlər yenə hücuma keçib

Hakerlər istifadəçilərin pullarını oğurlamaq üçün mağaza saytlarının funksionallığından istifadə etməyə başlayıblar.

"Paralel.az" xəbər verir ki, bu barədə "BleepingComputer" məlumat yayıb.

Problemi ilk görən "Akamai Security Intelligence Group"un (ASIG) mütəxəssisləri olub. Onlar bir neçə onlayn mağazanın veb-saytlarında dəyişdirilmiş 404 xətalı səhifə aşkar ediblər (istifadəçi mövcud olmayan səhifəni tələb etdikdə göstərilən resurs).

"Magento" və "WooCommerce" platformalarında qurulmuş onlayn mağaza saytlarında 404 xətalı səhifə tapılıb. Tipik olaraq, istifadəçi səhifəyə keçdikdən sonra istehlakçıdan ödəniş kartı məlumatlarını daxil etməyi təklif edən skript aktivləşdirilir. Bundan sonra kartda olan məbləğ ələ keçirilir.

ASIG həmçinin qeyd etdib ki, 404 xəta səhifəsi oğrulara müxtəlif yaradıcı aldatma üsullarından istifadə etməyə kömək edir.

ASIG ekspertlərinin hesabatında qeyd olunur ki, 404 xətalı səhifələri aşkar etmək kifayət qədər çətindir. Tipik olaraq, hakerlər zərərli skripti "Base64" kodlaşdırmasından istifadə edərək şifrələyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru