Əsir götürülən israillilərin saxlanıldığı yer məlum oldu

12-10-2023, 09:28           
Əsir götürülən israillilərin saxlanıldığı yer məlum oldu
“HƏMAS-ın əsir götürdüyü israillilər böyük ehtimalla yerin altında saxlanılırlar”.

Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.

Bundan əvvəl girovların Qəzza zolağında yaraqlıların istifadə etdiyi yeraltı tunellərin labirintlərində saxlanıldığı dair fikirlər səsləndirilib.

“Məntiqim mənə deyir ki, onlar yerin altında saxlanılır. Məntiqim mənə həm də onu deyir ki, madam HƏMAS bu hücumu həyata keçirməyi və insanları girov götürməyi planlaşdırmışdı, deməli, bu girovları harada gizlədəcəklərini və onları İsrail kəşfiyyatından gizlətməyi də əvvəlcədən planlaşdırıb”, - deyə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi qeyd edib.
SAXAL nümayəndəsi əlavə edib ki, girovlarla bağlı vəziyyət son dərəcə həssas və mürəkkəbdir:

“İsrailin girovları azad etmək təcrübəsi olsa da, heç vaxt oxşar halla qarşılaşmayıb”.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru