Ayda nəqliyyat yollarının çəkilməsi nəzərdə TUTULUR

14-10-2023, 09:54           
Ayda nəqliyyat yollarının çəkilməsi nəzərdə TUTULUR
Beynəlxalq alimlər qrupu Ayda keçilə bilən yolların tikintisi üsulunu təsvir edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, tədqiqat Scientific Reports jurnalında dərc olunub.

Mütəxəssislər qeyd ediblər ki, Ay torpağı onun üzərində nəqliyyat vasitələrinin hərəkəti üçün zəif uyğunlaşıb. Elm adamları torpağın bərk hala çevrilməsi və yolların və eniş yerlərinin tikintisi üçün istifadə edilməsi üçün lazerlə yandırılmasını təklif ediblər.

Tədqiqatda deyilir ki, Yerin təbii peykində cazibə qüvvəsinin az olması səbəbindən Ay tozları qalxıb mexanizmlərin içərisinə düşə bilər. Alimlər 45 millimetr ölçülü lazer şüasından istifadə etməyə hazırlaşırlar ki, onun vasitəsilə torpağı yandırmaq və təxminən 250 millimetr ölçüdə içi boş fiqurlar yaratmaq mümkün olacaq.

Mütəxəssislər belə "kərpicdən" yollar və eniş yerləri tikməyi təklif ediblər. Tələb olunan ölçüdə bir şüa əldə etmək üçün Aya 2,37 kvadrat metrlik bir obyektiv çatdırmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru