Ağcaqanadlar təyyarəni “işğal etdi”, reys təxirə salındı

14-10-2023, 10:08           
Ağcaqanadlar təyyarəni “işğal etdi”, reys təxirə salındı
Ekspertlərin ən təhlükəsizlərdən biri adlandırdığı Meksikanın büdcəli aviaşirkəti “Volaris”in Qvadalaxara-Mexiko reysi kabinəni ağcaqanadların “işğal etməsindən” sonra bir neçə saat gecikib.

Editor.az “Storyful”a istinadən xəbər verir ki, təyyarədə olan sərnişinlər internetdə yayılan videolar çəkiblər. Uçuş bələdçiləri çılğın şəkildə qollarını yelləyərkən və problemi idarə etmək üçün havaya həşərat kovucu səpərkən kabinədə ağcaqanadların dövrə vurduğunu göstəriblər. Saat 16:30-da həyata keçirilməli olan uçuş, qanadlı “bədxah”lar üzündən saat 19:00-a təxirə salınıb.

Ağcaqanadların təyyarəyə necə daxil olduğu hələlik məlum deyil. Lakin bu, onların Qvadalaxara Beynəlxalq Hava Limanında “təyyarəyə minməsi” ilk dəfə deyil. 2019-cu ildə də “Volaris” təyyarəsinin göyərtəsində oxşar hadisə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru