CNN-in əməkdaşı "başı kəsilmiş körpələr" xəbərinə görə üzr istədi

14-10-2023, 12:08           
CNN-in əməkdaşı "başı kəsilmiş körpələr" xəbərinə görə üzr istədi
CNN-in əməkdaşı Sara Sidner efirdə "başı kəsilmiş körpələr"lə bağlı gedən informasiyaya görə üzr istəyib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
"Dünən İsrailin baş nazirinin ofisində bildiridilər ki, onlar HƏMAS-ın uşaqların başını kəsdiyini təsdiqləyirlər. Amma bu gün İsrail rəsmiləri deyirlər ki, bu məlumatı təsdiq edə bilməzlər. Bundan sonra mən belə xəbərlərdə daha ehtiyatlı olacağam. Üzr istəyirəm”, - o, yazıb.
Sidner həmçinin deyib ki, onun çəkiliş qrupunda çaşqınlıq yaradıblar. O əlavə edib ki, öz reportajında ​​HƏMAS-ın bu xəbəri inkar etdiyini qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru