Cənubi Koreyada içərisində qar fırtınası olan saat buraxılıb - FOTO/VİDEO

14-10-2023, 13:14           
Cənubi Koreyada içərisində qar fırtınası olan saat buraxılıb - FOTO/VİDEO
Cənubi Koreyalı mühəndislər tərəfindən içində süni qar olan “Qar vaxtı” (“Time to Snow”) adı verilən qeyri-adi saat hazırlanıb. Bu saat istifadəçi ona baxdığı anda vaxtı göstərən unikal cihazdır, qalan vaxtlarda isə “Yeni il” şarında olduğu kimi cihazın içərisində qar yağır.

Cihazın sistemi istifadəçinin cari saatı bilmək istədiyini müəyyən etmək üçün siferblatdan yuxarıda yerləşdirilmiş 3D kameralardan istifadə edir. Lazım olan anda xüsusi ventilyatorlar işə salınır, kiçik qar hissəciklərini saatın arxa divarına basaraq vaxt rəqəmlərinin siluetini yaradırlar.

İstifadəçinin jestlərdən istifadə edərək süni qara təsir etməsi də mümkündür. Məsələn, saatın sahibi qar qasırğası yarada və ya nömrələri siferblatdan silə bilər. Eyni zamanda, saatın içərisində qarın özü adi penoplastdan hazırlanıb.

Mühəndislər tərəfindən hazırlanmış innovativ həll nüfuzlu “Red Dot Award 2023” mükafatına layiq görülüb. Hələlik “Qar vaxtı” saatının prototipləşdirmə mərhələsində olduğu üçün onun qiyməti məlum deyil.




Mənbə: YankoDesign












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru