HƏMAS tərəfdarlarının daha bir yalanı ifşa edildi...

19-10-2023, 00:04           
HƏMAS tərəfdarlarının daha bir yalanı ifşa edildi...
HƏMAS tərəfdarları İsrail əleyhinə təbliğat kampaniyası çərçivəsində Azərbaycan ordusunun hərbi hissələrindən birində andiçmə mərasiminə toplaşan əsgərlərin valideynlərini “Qəzzədən qaçan fələstinlilər” kimi təqdim ediblər.
Bu fakt internetdəki məlumatların həqiqiliyini yoxlayan faktly.in saytının nəzərindən qaçmayıb.
HƏMAS tərəfdarlarından biri açıq məkanda hərəkət edən böyük bir qrup insanın videosunu paylaşaraq, onların İsrailin hava hücumlarından qaçan fələstinlilər olduğunu yazıb. Video internetdə yayılıb.
Lakin görüntüləri araşdıran sayt müəyyən edib ki, bu şəxslər əslində andiçmə mərasiminə toplaşan əsgərlərin valideynləridir. 2023-cü ilin avqustunda Azərbaycan ordusunun hərbi hissələrindən birində baş verib. Belə ki, video Azərbaycanın bir neçə informasiya resursu tərəfindən YouTube-da yayılıb. Video 2023-cü ilin avqustunda internetdə yerləşdirilib.
Cavid Dəmirli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru