"Əgər müharibə uduzulubsa...” - Putin Baydeni Rusiyaya çaya dəvət etdi

19-10-2023, 00:01           
"Əgər müharibə uduzulubsa...” -
Vladimir Putin Çin səfəri çərçivəsində verdiyi mətbuat konfransında ironik şəkildə ABŞ Prezidenti Co Baydeni Rusiyaya çaya dəvət edib.

Hurriyyet.az xarici mətbuata istinadla xəbər verir ki, jurnalistlər Putindən Baydenin Rusiyanın Ukraynada məğlub olduğuna dair fikirlərinə münasibət bildirməsini istəyiblər.

Rusiya başçısı Baydenin dediklərini “gülməli” adlandırıb. O, qeyd edib ki, əgər Rusiya məğlub olubsa, o zaman ABŞ Ukraynaya silah tədarükünü dayandırmalı idi: “Əgər müharibə uduzulubsa, o zaman ATACMS-lar niyə verilir? Qoy onda ABŞ Prezidenti ATACMS-ları və digər silahları geri götürsün və Rusiyaya çay içməyə gəlsin. Əgər müharibə uduzulubsa, biz nədən danışırıq? ATACMS-lar nəyə lazımdır? Ona bu sualı verin. Bu, gülməlidir”.

Qeyd edək ki, dünəndən başlayaraq, Ukrayna ordusu Rusiya işğalçı qüvvələrinə qarşı ABŞ-dən aldığı ATACMS raketlərilə zərbələr endirməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru