Talıbovların daha bir şirkəti ləğv olundu

20-10-2023, 07:56           
Talıbovların daha bir şirkəti ləğv olundu
“Naxçıvan Toxumçuluq” MMC “Gəmiqaya Taxıl” MMC-ni̇n ona qoşulması şəkli̇ndə yeni̇dən təşki̇l olunur.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğv olunan “Gəmiqaya Taxıl” MMC 27.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkət Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
“Naxçıvan Toxumçuluq” MMC isə 2 ay əvvəl – 10.08.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasında “Gəmiqaya” adı altında onlarla şirkət fəaliyyət göstərib. Bu şirkətlər Ali Məclisin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara bağlı olub. Vasif Talıbovun istefasından sonra bu şirkətlərlə bağlı çoxsaylı dəyişikliklər baş verib. Bu ilin yanvar ayında isə “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq”ə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru