Son günlər İsraildən Rusiyaya gələn insanların sayı açıqlanıb
20-10-2023, 18:14
Oktyabrın 9-dan bəri İsraildən Rusiyaya 6 minə yaxın insan gəlib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Rusiya vətəndaşlarının Qəzza zolağından çıxışını təmin etmək üçün Misir və İsrail hakimiyyətləri ilə sıx əməkdaşlığı davam etdirir.
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra ölən Rusiya vətəndaşlarının sayının 20-yə yüksəldiyini açıqlayıb. Onun sözlərinə görə, 7 nəfər Rusiya vətəndaşı isə itkin düşüb.