ABŞ-nin büdcə kəsiri 320 milyard dollar artıb

21-10-2023, 08:44           
ABŞ-nin büdcə kəsiri 320 milyard dollar artıb
ABŞ-nin büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen və Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.

Sənəddə göstərilir ki, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-ın büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatır. Bu, ABŞ-da ümumi daxili məhsulun 6,3 faizinə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru