İsrail Hizbullahın hərbi obyektlərini belə MƏHV ETDİ – VİDEO
21-10-2023, 12:37
Oktyabrın 20-dən 21-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (İDF) Hizbullahın Livandakı bir sıra hərbi obyektlərinə zərbələr endirib.
“NEWS.ru” xəbər verir ki, İsrail ərazisinə raket hücumları və tank əleyhinə raketlərin buraxılmasına cavab olaraq bu addım atılıb.
Hücuma məruz qalan obyektlər arasında Hizbullah yaraqlılarının əməliyyat ehtiyacları üçün istifadə etdiyi hərbi komplekslər də var. Bundan əlavə, İsrail qüvvələri Hizbullahın Livanın sərhəd bölgəsində yerləşən və İsraili hədəf alan tank əleyhinə qurğusunu da məhv edib.