“Hizbullah” İsraillə döyüşdə ölən yaraqlılarının sayının 17-yə çatdığını açıqlayıb

22-10-2023, 09:20           
“Hizbullah” İsraillə döyüşdə ölən yaraqlılarının sayının 17-yə çatdığını açıqlayıb
Bu gün İsraillə döyüşdə Livanın cənubuna nəzarət edən “Hizbullah” təşkilatının 4 yaraqlısı öldürülüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu təşkilat açıqlayıb.

Qurum bildirib ki, yəhudi dövləti ilə qarşıdurmada ölənlərin sayı 17-yə yüksəlib.

Qeyd edək ki, Livan hökuməti 2000-ci ildən ölkənin cənubunu İran dəstəkli “Hizbullah”a həvalə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 2000-ci ilin mayında İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasından sonra Beyrut ölkənin sözügedən ərazisinə nəzarəti almalı olsa da, lakin bu baş verməyib. Livan hökuməti gizli şəkildə “Hizbullah”a Livanın cənubuna tam nəzarət etmək imkanı verib.

“Hizbullah” bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru