Ölən fələstinlilərin sayı 5 mini keçdi – Qəzza Səhiyyə Nazirliyi

24-10-2023, 07:16           
Ölən fələstinlilərin sayı 5 mini keçdi – Qəzza Səhiyyə Nazirliyi
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 5087 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölənlər arasında 2055 uşaq, 1119 qadın və 217 qoca var. Nazirlik qeyd edir ki, anklava hücumlar nəticəsində 15 mindən çox insan xəsarət alıb. Nazirlik həmçinin 57 tibb işçisinin öldüyünü, 100 nəfərin yaralandığını bildirib.
İsrail tərəfdən isə müharibə başlayandan 1,4 min nəfər həlak olub, 4,9 min nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru