Borrell mülki fələstinlilərin qorunmasının vacibliyini bildirib

24-10-2023, 09:34           
Borrell mülki fələstinlilərin qorunmasının vacibliyini bildirib
Biz İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik, ancaq özünümüdafiə hüququnun da sərhədləri var və bunu beynəlxalq hüquq müəyyən edir.

Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Lüksemburqda keçirilən Aİ XİN rəhbərlərinin iclasından sonra brifinqdə deyib.

“Biz ilk gündən HAMAS-ın İsrailə qarşı hücumu pisləmişik. Ancaq eyni zamanda, biz Qəzzada baş verməkdə olan humanitar fəlakəti unutmamalıyıq. İsrail özünü müdafiə edərkən, Qəzzada mülki əhalinin zərər çəkməməsi üçün maksimum cəhdlər göstərməliyik. Mülki əhalinin suyu, enerjisi, ərzağı kəsilə bilməz”, - o qeyd edib.

Aİ-nin Ali Nümayəndəsi, mülki fələstinlilərin həyatının qorunmasının vacibliyini vurğulayıb: “Müharibə beynəlxalq humanitar hüququn qaydalarına uyğun şəkildə aparılmalıdır”.

Borrell onu da bildirib ki, regional eskalasiyadan qaçmaq lazımdır: “Biz regional eskalasiyadan qaçmalıyıq. Rusiya baş verənlərdən istifadə etməyə çalışır. Biz iki dövlətli həll yolunu təşviq etməliyik. 30 ildir bu həll yolundan danışırıq. Ancaq 30 ildə İordan çayının qərb sahilində itkilər artıb. Biz Aİ olaraq sülh prosesinin başladılmasında fəal olmalı, prosesi canlandırmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.