Britaniya kəşfiyyatı Qəzzada xəstəxanada partlayışın İsrailə atılmış raketlə törədildiyi qənaətindədir

24-10-2023, 09:08           
Britaniya kəşfiyyatı Qəzzada xəstəxanada partlayışın İsrailə atılmış raketlə törədildiyi qənaətindədir
Böyük Britaniya kəşfiyyatı Qəzzada xəstəxanada partlayışın ehtimal ki, İsrailə atılmış raket nəticəsində törədildiyi qənaətinə gəlib.

APA “Sky News“a istinadən xəbər verir ki, Baş nazir Rişi Sunak İcmalar palatasında çıxışı zamanı bildirib ki, hökumət ölkə kəşfiyyatının məlumatları və təhlilləri, həmçinin, silah ekspertlərinə əsaslanaraq partlayışın Qəzzadan atılmış raketlə törədildiyi qənaətinə gəlib.

“Mən indi bizim qiymətləndirməmizi palata ilə bölüşə bilərəm. Bizim kəşfiyyatımızın dərin məlumatı və təhlilinə, silah ekspertlərinə əsasən, Britaniya hökuməti partlayışın ehtimal ki, Qəzzadan İsrailə doğru atılmış raket və ya onun parçaları səbəbi ilə baş verdiyi qənaətindədir”, - Sunak deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru